Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı şərt qoyub | VİDEO

   Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı şərt qoyub     | VİDEO
  10 İyul 2025    Oxunub:1134
ABŞ prezidenti Donald Tramp artıq mövcud məhdudlaşdırıcı tədbirlərin ləğv olunması üçün səlahiyyətlərini genişləndirməklə yanaşı, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.
AzVision.az xəbər verir ki, Ağ Evdəki mənbələrə istinad edən “Politico” jurnalı belə məlumat yayıb.

“Tramp məhdudiyyətlərin aradan qaldırılması prosesinə “daha çox nəzarət” əldə etmək şərti ilə hazır olduğunu təsdiqləyib. Hazırkı administrasiya ABŞ Konqresinin Trampla razılaşacağını gözləyir”, - mənbələr bildiriblər.

Tramp Rusiyaya qarşı yeni sanksiyalara razılıq vermək niyyətindədir
Bundan əvvəl Amerika lideri ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi ilə maraqlandığını açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rusiya  



Xəbər lenti